Bakıda qızını öldürən ata hakim qarşısındabackend

Bakıda qızını öldürən ata hakim qarşısında

Bakıda qızını boğaraq öldürən şəxs hakim qarşısına çıxarılır. O, cinayət əməlini səmimi etiraf edib.

KONKRET.az xəbər verir ki, qəsdən adam öldürməkdə ittiham olunan Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutacaq. Hazırlıq iclası aprelin 27-nə təyin olunub.

Bildirək ki, Ələkbər Bağırov ötən ili dekabrın 30-da Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək qızı İradə Paşayevanı öldürdüyünü bildirib. Ə.Bağırov qızını aralarında yaranmış münaqişə zamanı boğaraq qəsdən öldürdüyünü etiraf edib.

Ə.Bağırova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*