Bakıda Rusiya vətəndaşı döyülüb.
KONKRET.AZ xəbər verir ki, Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Rəhman Bayramov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərə bildirib ki, Q.Qarayev prospekti, 81 A ünvanında özünə məxsus obyekti icarə verdiyi 1983-cü il təvəlllüdlü Əli Əlibəyli tərəfindən döyülüb.
Şikayətçi qeyd edib ki, icarədardan obyekti tərk etməsini tələb etdiyi üçün bu hadisə baş verib.
Faktla bağlı araşıdırma aparılır.