Bakıda velosipedlər üçün parklanma yerləri yaradılırbackend

Bakıda velosipedlər üçün parklanma yerləri yaradılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.

KONKRET.az AYNA-ya istinadən xəbər verir ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.

Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*