Bakıda xanım sərnişinə çay içməyi təklif edən sürücü SAXLANILDI – VİDEObackend

Bakıda xanım sərnişinə çay içməyi təklif edən sürücü SAXLANILDI - VİDEO

Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb:

“Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş açıqlaması veriləcək”, – o vurğulayıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от BAKU.WS News Agency © (@baku.ws_official)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*