Bakıda yaşayış binasında YANĞIN: XƏSARƏT ALAN VARbackend

Bakıda yaşayış binasında YANĞIN: XƏSARƏT ALAN VAR

Bakıda yaşayış binasında yanğın olub.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*