Bakıda yük maşını avtobusa çırpıldı: 5 ölü, 21 yaralı varbackend

Bakıda yük maşını avtobusa çırpıldı: 5 ölü, 21 yaralı var

Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) KONKRET.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bu səhər Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən qəzada yaralanan şəxslər haqda məlumat yayıb. 

Stansiyasdan KONKRET.az-a verilən məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*