Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq oldu – YENİLƏNİBbackend

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq oldu - YENİLƏNİB

Bakıda 8 Noyabr – Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub.

KONKRET.az xəbər verir ki, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

19:25

Bakıda Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.

KONKRET.az xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.

Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*