Bakının bəzi məktəblərində dərslər yenidən TƏXİRƏ SALINDIbackend

Bakının bəzi məktəblərində dərslər yenidən TƏXİRƏ SALINDI

Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bəzi məktəblər valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib.

Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu gecə havanın temperaturu mənfi 9 dərəcə şaxta olub, yollar buz bağlayıb. Günün ikinci yarısından etibarən hava şəraitinin normallaşacağı gözlənilir./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*