Bakıxanov qəsəbəsində avtomobil piyadanı vuraraq yaraladıbackend

Bakıxanov qəsəbəsində avtomobil piyadanı vuraraq yaraladı

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü İbrahimov Rafael Rasim oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*