Balakəndə 28 yaşlı şəxsin qulağını kəsən kişi SAXLANILDIbackend

Balakəndə 28 yaşlı şəxsin qulağını kəsən kişi SAXLANILDI

Balakən rayonunda 28 yaşlı vətəndaşın qulağını kəsən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Balakən şəhər sakini Samiddin Quliyevə bıçaqla xəsarət yetirən şəxsin şəhər sakini İsrafil Sayılov olduğu müəyyən edilib.

O, saxlanılaraq izahatı alınıb. Hadisədə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*