Barak Obama koronavirusa yoluxdubackend

Barak Obama koronavirusa yoluxdu

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb və onda xəstəliyin yüngül simptomları var.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

“Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm” , -deyə  Obama tviterdə yazıb.

Amerika administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, həyat yoldaşı Mişelin analiz nümunələri mənfi çıxıb, hər ikisi də əvvəllər təkrar peyvənd olunublar.

Xatırladaq ki, Obama ABŞ-ın 44-cü prezidentidir, o, 2009-2016-cı illərdə vəzifədə olub. Prezident seçkilərində qalib gəlməzdən əvvəl o, İllinoys ştatından ABŞ senatoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*