Baş Dövlət Yol Polisi İdarəsinin yeni rəisi Əkbər İsmayılov olacaqbackend

Baş Dövlət Yol Polisi İdarəsinin yeni rəisi Əkbər İsmayılov olacaq

Baş dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov təqaüdə göndəriləcək. Onun yerinə isə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun təyin ediləcəyi gözlənilir. Bu barədə Konkret.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Həmin məlumatda bildirilir ki, Əkbər İsmayılov Daxili İşlər naziri Vilayət Eyvazova yaxın kadr hesab olunur. Artıq DİN-in Baş Kadrlar İdarəsində Əkbər İsmayılovun təqdimatı hazırlanır. Qeyd edək ki, sözügedən idarə Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin təmin edilməsi üçün zəruri olan peşəkar kadr heyətinin yaradılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, vəzifələrə yerləşdirilməsi, və onlara xüsusi rütbələrin verilməsi, əməkdaşların peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi və onların uçotu işinin təşkili və həyata keçirilməsi, habelə daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə metodiki rəhbərlik və nəzarət funksiyalarını yerinə yetirir.

Konkret.az

Bir cavab yazın