Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib.
KONKRET.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
İclasda hökumət üzvləri də iştirak edir.
***
10:20
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin yaz sessiyasında növbəti plenar iclası keçiriləcək.
KONKRET.az bildirir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.
Hökumətin hesabatını Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
