Baş Prokurorluq dövlət qulluqçularını təbrik etdibackend

Baş Prokurorluq dövlət qulluqçularını təbrik etdi

23 iyun- Dövlət Qulluqçularının Peşə Bayramı günüdür.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu özünün facebook səhifəsində dövlət qulluqçularını, həmçinin prokurorluq işçilərini bu münasibətlə təbrik edib. Təbrik mətnində deyilir:

“Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün mübarizə aparıldığı bugünlərdə öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun şəkildə quraraq vətəndaşlara xidmət etmək üçün əllərindən gələni əsirgəməyən dövlət qulluqçuları böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Bu münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından bütün dövlət qulluqçularını, o cümlədən prokurorluq orqanlarında peşəkar və əzmkarlıqla xidmət edən dövlət qulluqçularını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*