İyulun 1-də Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab sessiyası keçiriləcək.
KONKRET.az-a bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Sual-cavab sessiyası saat 9.00-dan 12.00-dək davam edəcək: “Hər kəs prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandığı mövzuda mövcud sualları ilə bizə müraciət edə bilər”.
Qeyd olunub ki, ötən sual-cavab sessiyasında texniki nasazlıq yaranıb./apa
