Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ArmLur.am portalının məlumat yayıb.
Onun İrəvandakı otellərdən birində gizləndiyi bildirilib.
Bundan əvvəl, mətbuatda Xaçatryanın sərxoş halda münaqişə zamanı restoranda atəş açması, tədbirin qonaqlarından birini yaralaması barədə məlumatlar yayılıb.
Zərərçəkmiş tibb müəssisəsinə aparılıb. Onun həyatı təhlükədə deyil.
