Amerika Birləşmiş Ştatları rusiyalı diplomatları ölkədən qovacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın 10 diplomatı ABŞ seçkilərinə müdaxilə və “SolarWinds”ə kiberhücumda (ABŞ dövlət müəssisələrinə kiberhücum – red.) ittiham edilərək qovulacaqlar.
Bundan başqa, ABŞ Rusiyanın 12 vətəndaşı və 20 təşkilatına sanksiya tətbiq edəcək. Vaşinqtonun sanksiyaları bu gün elan edəcəyi gözlənir.
Sanksiyaların tətbiq ediləcəyi şəxslər arasında vəzifəli şəxslər və kəşfiyyat nümayəndələrinin də olacağı vurğulanır.