Bayden Kramatorskda dəmiryol vağzalına edilən hücuma reaksiya verib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Twitter-də məlumat verib. ABŞ Prezidenti Co Bayden bu gün Kramatorskda dəmir yol stansiyasına hücumu pisləyib. O qeyd edib ki, bu, Rusiya tərəfindən törədilən növbəti dəhşətli vəhşilikdir.
“Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın törətdiyi daha bir dəhşətli vəhşilikdir, təxliyə olunmağa və təhlükəsiz əraziyə çatmağa çalışan mülki şəxsləri vurub”, – deyə Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ təhlükəsizlik məsələsində və Ukraynaya müdafiə üçün silah tədarükü ilə bağlı yardımını davam etdirəcək.
ABŞ və müttəfiqləri hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi üçün bu hücumun təhqiqatına kömək edəcəklər.
“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın hərəkətlərini sənədləşdirmək və onları məsuliyyətə cəlb etməklə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik”, – deyə Bayden yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
