backend

Baydenin Putinlə görüş istəyinin 3 səbəbi

ABŞ Prezidenti Cozef Baydenin Rusiya Prezidenti Vladimir Putinlə görüşməsinin 3 səbəbi var.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov paylaşıb.

O, görüşün ilk səbəbinin Donbasda eskalasiya və onun Vaşinqtonun mövqelərinə təsir edəcəyi ilə bağlı olduğunu bildirib:

“Bayden böyük ehtimalla Donbas ətrafında situasiyanın deqradasiyasından qorxur, çünki ABŞ yeni konfliktdə Ukraynanın tərəfində vuruşa bilməyəcək. Zamanında Kiyev konfliktə müdaxilə etdi və uduzdu. Ukrayna üçün daha pis nəticələrlə bunun təkrarı ABŞ-ın mövqelərinə böyük zərbə olardı ki, bundan da Bayden qaçmağa çalışır.

İkincisi, Bayden ölkənin yeni Rusiya silahları qarşısında həssaslığını dərk edir”.

Üçüncü səbəb kimi Puşkov Rusiyanın dünya ictimaiyyətinə qayıtmaq imkanlarını göstərib:

“Vaşinqton Moskvadan G8-ə qayıtması qarşılığında güzəştlər tələb edəcək. Bunlar sırasında xüsusilə Donetsk və Luqansk “xalq respublikaları”na dəstəyin dayandırılması yer tutacaq. Bununla belə Rusiya dəfələrlə G8 formatında iştirakda maraqlı olmadığını bildirib”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*