Bayraktardan Zəfər Günü PAYLAŞIMIbackend

Bayraktardan Zəfər Günü PAYLAŞIMI

“Silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə qazanılan ilk qələbə kimi tarixə keçən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə anıram”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Zəfər Günü ilə bağlı sosial media hesabında etdiyi paylaşımda yer alıb.

Təbrik mesajında deyilir: “Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik”.

Paylaşım Türk və Azərbaycan dillərində edilib.

Selçuk Bayraktar mesajına şanlı Qarabağ Zəfəri ilə bağlı hazırlanan xüsusi videoçarxı əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*