Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDIbackend

Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI

Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub.

KONKRET.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*