BDU-nun 4 tələbəsi suşidən zəhərləndibackend

BDU-nun 4 tələbəsi suşidən zəhərləndi

Bakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.

KONKRET.az xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*