BDU-nun iki tələbəsi axşam yediklərindən xəstəxanaya düşdü – qızların ADLARIbackend

BDU-nun iki tələbəsi axşam yediklərindən xəstəxanaya düşdü - qızların ADLARI

Bakı Dövlət Universitetinin (BDU) qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) xəstəxanaya yerləşdirilən iki tələbəsinin kimliyi məlum olub.

KONKRET.AZ xəbər verir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr – 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır.

Hər iki tələbə axşam kirayə yaşadıqları evdə yeməkdən sonra özlərini pis hiss edib. Məlumata görə, tələbələrdən biri “Hotdoq”, digəri isə “pirojki” yeyib. Özlərini pis hiss edən tələbələr təcili yardıma müraciət ediblər.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, tələbələr qastrentologiya şöbəsinə yerləşdiriliblər: “Tələbələrdə zəhərlənmə aşkarlanmayıb. Onlar mədə-bağırsaq pozuntusu ilə xəstəxanaya gətirilib və onlara kəskin qastroenterit diaqnozu qoyulub. Hər iki xəstənin vəziyyəti normaldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*