Belarus əcnəbilərin əmlakını MÜSADİRƏ EDƏCƏKbackend

Belarus əcnəbilərin əmlakını MÜSADİRƏ EDƏCƏK

Belarus Prezidenti Aleksandr Lukaşenkonun yeni fərmanına əsasən respublikada xarici fiziki və hüquqi şəxslərin əmlakları “dost olmayan hərəkətlərə” görə müsadirə ediləcək.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, sənədə əsasən, “dost olmayan hərəkətlərə” cavab olaraq Belarus dövlətinin xeyrinə əmlak müsadirə olunacaq.

Fərmanda göstərilir ki, respublikanın səlahiyyətli orqanları xarici vətəndaşlara və şirkətlərə məxsus pul vəsaitlərinə, qiymətli kağızlara, mülkiyyət hüquqlarına həbs qoya biləcək.

Bildirilib ki, yalnız “dost olmayan hərəkətlər” özgəninkiləşdirmə üçün əsas ola bilər.

Qeyd edək ki, aprel ayında Aleksandr Lukaşenko “dost olmayan” dövlətlərin vətəndaşlarının Belarus şirkətlərindən ödəniş ala bilməyəcəkləri haqqında fərman imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*