Belarusda panik əhval-ruhiyyə yaranıb, kişilər Ukrayna ilə müharibədə iştirak etməmək üçün ölkə xaricinə qaçır.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
Onun sözlərinə görə, Belarusda insanlar Lukaşenkonun Ukraynaya ordu göndərəcəyindən narahatdır.
“Bu məlumatlar Ukraynanın düşmən qüvvələrinə aktiv zərbələri ilə eyni vaxta təsadüf edir. Belə ki, bu gün Nikolayevdə Rusiya ordusunun genişmiqyaslı hücumunun qarşısı alınıb, 4 helikopteri vurulub və onların şəxsi heyəti ələ keçirilib.
Çerniqovda isə bir təyyarə vurulub, pilot hazırda sorğu-sual edilir”, – o bildirib.
