Belçikada “Kinder” şokoladlarının istehsalı dayandırıldıbackend

Belçikada “Kinder” şokoladlarının istehsalı dayandırıldı

Belçikanın Qida Təhlükəsizliyi Agentliyi (AFSCA) İtaliyanın “Ferrero” şirkətinin “Kinder” şokoladları istehsal edən zavodunun fəaliyyətini dayandırıb.

KONKRET.az-ın xəbərinə görə, Agentlik bunu istehsalçı şirkətin qidada aşkar edilmiş Salmonella bakteriyalarına dair ətraflı izahat verməməsi ilə izah edib.

Bu səbəbdən Arlon şəhərindəki zavodda istehsal dayandırılıb, “Kinder” markalı məhsullar satışdan yığışdırılıb.

Qeyd edək ki, “Kinder” şokoladı ilə salmonellaya yoluxma barədə 61 frak Britaniyada, 21 hal Fransada, 15 hal Belçikada qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*