“Belə davam edərsə, rus qoşunları iki aya tükənəcək” – ŞOK AÇIQLAMA – ÖZƏLbackend

"Belə davam edərsə, rus qoşunları iki aya tükənəcək" - ŞOK AÇIQLAMA - ÖZƏL

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın döyüşlərdə günə min əsgərini itirdiyini açıqlayıb. Bu rəqəmlər dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Həttə belə davam edəcəyi təqdirdə Rusiyanın bir müddət sonra əsgərsiz qalacağını düşünənlər də az deyil.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, bu haqda fərqli mənbələr müxtəlif məlumatlar verir: “Gündə min nəfər itki ilə bağlı məlumat təkcə insan tələfatı deməkdir. Burada məhv edilən hərbi texnika və sursatlar da mövcuddur. Bu hesabatların verilməsi çox əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, həm Rusiya, həm də Ukrayna tərəfindən çox böyük itkilər var. Amma Ukrayna tərəfi itkilərin sayını xaricdən gələn qoşulanların hesabına konpensasiya edir. Rəsmi Moskva üçün bu qədər itkinin olması çox böyük rəqəmdir. Rusiya tərəfinin Ukraynaya hücum üçün təxminən 200 min qoşun topladığını və gün ərzində verdiyi itkiləri nəzərə alsaq, iki ay müddətində qoşunların tükənəcəyini deyə bilərik. Buradan ümumi nəticə çıxararaq demək olar ki, yaxın zamanlarda Rusiyanın hərbi qüvvəsi tükənəcək”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Politoloq əlavə edib ki, ABŞ və onun NATO üzrə müttəfiqləri də Rusiyanın tükənəcəyini proqnozlaşdırır: “Həm Zelenski, həm də Putin artıq danışıqlara başlamaq üçün müəyyən işarələr verirlər. Bu özü də, hər iki tərəfin müharibə meydanında tükəndiyindən xəbər verir. Ona görə də, bir an öncə sülh danışıqlarının başlanmasına tərəfdardırlar. Amma əgər Rusiya planlaşdırdığı əraziləri tam işğal etməyi qarşıya məqsəd qoyubsa, o zaman istənilən vasitə ilə bunu həyata keçirməyə çalışacaq. Ümid edirəm ki, vəziyyət bu istiqamətə yönəlmədən danışıqlar başlayacaq və insan tələfatının, eləcə də ordunun darmadağın olmasının qarşısı alınacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*