Bərdədə “VAZ” qəza törədib, xəsarət alanlar varbackend

Bərdədə "VAZ" qəza törədib, xəsarət alanlar var

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

“09-BT-866” dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış 2 minik avtomobilini və 3 nəfəri vurub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*