Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunaraq 15 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Zakir Mustafayevi qarşılamağa gələnlər arasında onun azyaşlı övladı da olub.
KONKRET.az xəbər verir ki, 5 yaşlı Əliəsgər Mustafayevin cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan atasını boynuna sarılaraq qucaqlaması ətrafdakı insanların göz yaşlarına səbəb olub.
Ailəsinin sözlərinə görə, 2015-ci il təvəllüdlü Əliəsgər Mustafayev atası həbs olunan zaman 4 aylıq olub.
Z.Mustafayev əfv olunduğu üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib./report/
Qeyd edək ki, Z.Mustafayev 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuşdu.

