Beyni öldürən 5 qida: uşaqlara da veririk…backend

Beyni öldürən 5 qida: uşaqlara da veririk...

Hər il dünyada demensiya – qocalıq, əqli gerilik və altsheymer xəstələrinin sayı artır. Buna səbəb beyin neyronlarının zəifləməsi, ölməsi, beynin atrofiyasıdır.

KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər hansı qidaların beyni öldürməsi barədə elmi işlərdən birini yekunlaşdırıb.

Eksperimentdə 209 nəfər demensiyalı xəstə, 418 nəfər demensiyası olmayan insan iştirak edib. Onların yaş həddi 70-78 arasında olub. Xüsusi anketdə hər birinin bu illər ərzində daha çox nə yeməsi və gündəlik menyusu yazılır. Həkimlər bu insanların orqanizmi və beynin funksiyalarını yoxlayıb.

Məlum olub ki, gəncliyindən yaşlaşana kimi kartof, şirin qidalar, qızartma ət, kolbasa, şirin desertlər, tort, peçenye çox yeyən şəxslərdə əqli geriləmə yüksəkdir və onlarda demensiya olub.

Araşdırma zamanı demensiya xəstələrinin hələ də daha çox kartof, qızarma ət, pasta, tort, pirojna yediyi aşkar olunub. Onlar sanki bu qidalardan narkotik kimi asılıdırlar.

Əksinə, bu qidalardan az yeyən, balıq, meyvə, tərəvəz xoşlayan iştirakçılarda isə beynin fəaliyyəti yaxşı olub.

Alimlər demensiyadan qorunmaq üçün illər öncədən yaşıl meyvə, tərəvəz, səbzə, qoz, balıq, giləmeyvə yeməyi tövsiyə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*