Bilgəh sakinləri də Azərbaycan Ordusuna dəstək oldular – FOTOLARbackend

Bilgəh sakinləri də Azərbaycan Ordusuna dəstək oldular - FOTOLAR

Dağlıq Qarabağda kök salan erməni terrorçularını torpaqlarımızdan qovmaq üçün sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları bütün xalqımızı və xaricdə yaşayan diasporumuzu, qardaş Türkiyəni, ölkəmizə dəstək olan Pakistanı, Əfqanıstanı, Ukraynanı və digər ölkələri bərk ruhlandırıb.

Cəmiyyətdə tutduğu siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək şanlı ordumuza dəstək durur və erməni faşistlərinin, onların havadarlarının işğalçılıq siyasətini pisləyir. Soydaşlarımız, həmçinin, ordumuza maddi dəstəklərini də əsirgəmirlər, əsgərlərimizin ruhlanması üçün hər şeylərini paylaşmağa hazır olduqlarını bildirirlər. 

KONKRET.az xəbər verir ki, belə bir dəstək Bakının Bilgəh qəsəbəsindən də gəlib. Qəsəbə sakinləri əsgərlərimizə xeyli sayda isti geyimlər yollayıblar. Onlar geri qaytarılan əzəli torpaqlarımıza görə ölkə başçısına minnətdarlıq edib, ordumuza Xankəndi, Şuşa, Kəlbəcər və Laçında üçrəngli bayrağımızın qaldırılmasını arzulayıblar.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*