Binədə dava düşdü, bir nəfər bıçaqlandı, saxlanılan varbackend

Binədə dava düşdü, bir nəfər bıçaqlandı, saxlanılan var

Oktyabrın 6-da saat 01 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1992-ci il təvəllüdlü N.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisə törətməkdə şübhəli bilinən qəsəbə sakini 2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*