Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.
Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.
Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) – İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.
