Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.
İdarədən verilən məlumata görə, birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.
Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 13-dən başlayıb. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.

Salam men Abbasova Ayde ovladim rus bolmesine qedir ve imtaxan qaldi bu virusa qore.Ve qoren nece olacak naraxatciliqi oduki bize 100 normal mekdeb yaxindi ve orda 1 dene muyellim var bes biz ora duwmesen nece olacak.Qulaqima cox weyler qelirki ay kiminse qoxumdu taniwi ve sayri.Bes emin ola bileremki ovladim imtaxan veren kimi oftamatik 100 nomriye duwe bilermi ve orda xaxirliqa qedib ovladim uje muyellime aliwib.Kecen seferki kimi demesillerki sizin uwaqiniza yer yoxdu.Ve mecburiyetden pulleys qoydum.Indi veziyet cox cetindi mende pul yoxduki qedem kimese wirinnik veremki menim uwaqimi qediyata alin.Stiyirem her wey qayda qanumnnan olsun.Bizden yuxarda qalan rayondan olan uwaklar qelir burnumuzun dibindeki mekdebe qoyur biz qoya bilmirik.O nece ola biler yani onun bawqa hellide var???
Men Rus dilli olduquma qore sef yaza bilerem.Yani bilmirem nece annadam ve muraciyetimi deyem.Hayiw edirem bir sozden ovladim xavadadi ve men yaxinimda ve xal xazirda uwaqim xaxirliqa qedir yerler dolu olduqu ucun platniy oldu 100nomrelide orda dovlet acmadi rus.sektor xaziliqi.Istemiremki uwaqimin maraxnnan qetdiqi sinife atkaz qelsin.Innwallah imtaxani verer ve yer olar bize elektronniyda uwaqimiz problemsiz qirer.🤲
Ve bu dovlet imtaxani Rus bolmesi xacan deqik olacak bize bir melumat vere bilersiz?Yani ozel sektor sayilir bele desek.Dovletde olan uwaklar verib imtaxani ve coxlari deyir bizim taniw muyellime salacaklar bes biz nece olaciyik hem veribler hemde raxat ow qoruller😔