“Biz çox ciddi təhlükə ilə üz-üzəyik” – Blinkendən Türkiyə və Yunanıstana ÇAĞIRIŞbackend

“Biz çox ciddi təhlükə ilə üz-üzəyik” – Blinkendən Türkiyə və Yunanıstana ÇAĞIRIŞ

“Türkiyə və Yunanıstan mühüm NATO müttəfiqləridir və biz onların fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etmələrini istərdik”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi mətbuat konfransında deyib:

“Bu iki ölkə bizim dəyərli müttəfiqlərimizdir, NATO-ya böyük töhfə verirlər. Düzdür, onların arasında fikir ayrılıqları var. Biz onların bu problemləri diplomatiya yolu ilə həll etmələrini gözləyirik”, – Stoltenberq vurğulayıb.

Entoni Blinken də tərəfləri konstruktiv dialoqa dəvət edib:

“Tərəflər fikir ayrılıqlarını konstruktiv şəkildə, diplomatik yollarla həll etməlidir. Həm Türkiyə, həm də Yunanıstan bizim mühüm tərəfdaşlarımızdır. Biz çox ciddi təhlükə ilə üz-üzəyik. Rusiyanın Ukraynaya təcavüzü ən böyük təhlükədir. Biz həmrəy olmalı və resurslarımızı Ukraynanı dəstəkləməyə yönəltməliyik”, – Blinken fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*