“Biz Rusiya ilə əməkdaşlıqdan geri çəkilmirik, amma Kreml Ermənistandan imtina edir” – Ovannisyanbackend

“Biz Rusiya ilə əməkdaşlıqdan geri çəkilmirik, amma Kreml Ermənistandan imtina edir” - Ovannisyan

“Biz Rusiya ilə əməkdaşlıqdan geri çəkilmirik, amma Kreml Ermənistandan imtina edir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:

“Görünən odur ki, Ermənistan Rusiyanın yaratdığı və KTMT adlandırdığı təhlükəsizlik sistemindən get-gedə uzaqlaşır və tədricən Avropa Birliyinin dəstəyini alır. Üstəlik, Kreml imperiyanın qucağından çıxan Ermənistanı deyil, aldadılmış bir ölkəni buraxır. Rusiyanın xarici işlər naziri Lavrov gözlənilmədən Azərbaycana tərəfdaşı Ermənistandan daha çox güvəndiyini açıqlayıb. Azərbaycanlı həmkarı Bayramovla söhbətindən sonra Lavrov deyib: “Azərbaycanlılar məlumat verdilər, Ermənistan tərəfi üçtərəfli razılaşmaları pozaraq əraziləri minalayıb. indi bizim hərbçilər bunu araşdırırlar”. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əslində azərbaycanlılara inandığını açıq şəkildə bildirdi”, – deyə erməni analitik təəssüfünü gizlətməyib.

“Rəsmi Bakı razılıq vermədən Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqı missiyası məhsuldar ola bilməz”, – deyən Lavrov Azərbaycanın maraqları naminə İrəvana təzyiqləri açıq şəkildə nümayiş etdirir.

Moskva, əslində, öz planlarını ortaya qoyub. Ona münaqişənin həlli lazım deyil. Rusiyaya Cənubi Qafqazda bu və ya digər formatda iştirakı lazımdır. Avropa ittifaqı isə bizə dəstək verir və müxtəlif qətnamələr hazırlayır. Ümid etmək istərdim ki, Avropanın dəstəyi Ermənistanın təhlükəsizliyinin təmin edilməsində yalnız ilk addım olacaq. Rusiya ilə münasibətlərə gəlincə, KTMT hələ də buradadır. Biz onları tərk etmədik, onlar isə müdafiəmizi təmin etmək əvəzinə ittihamlara keçərək bizdən uzaqlaşdılar”, – erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*