Biz Sizə, səngərdə savaşan şir ürəkli igidlərimizə arxalanır və güvənirik – Ali Baş Komandana MÜRACİƏTLƏRbackend

Biz Sizə, səngərdə savaşan şir ürəkli igidlərimizə arxalanır və güvənirik - Ali Baş Komandana MÜRACİƏTLƏR

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər

KONKRET.az xəbər verir ki, müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Prezidentə məktub yazan şəxslər, eyni zamanda, erməni terroru nəticəsində Gəncəyə atılan raketlər və bu hücum zamanı həlak olmuş və yaralanmış şəxslərlə bağlı dərin hüzn hisslərini və başsağlığı mesajlarını da ifadə ediblər.

Məktub yazan şəxslərin sırasında bütün yaş qrupundan olan şəxslərin, həmçinin gənclərin və yeniyetmələrin də olması xüsusi vurğulanmalıdır.

Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının qətiyyəti nəticəsində uzun illərdir düşmən tapdağında olan torpaqlarımızın geri alındığı vurğulanır və Ali Baş Komandana bu çətin və şərəfli işində uğurlar arzu edilir.

  • Aslan
    Oktyabr 18, 2020 - 21:42

    Cənab prezident tezliklə Qarabağı azad edəcək.Hamı buna inanır və əmindir.
    Lakin bu Vətən müharibəsindən sonra Azərbaycan ya Türkiyə ilə konfederativ tipli dövlət yaratmalı ya da NATO-ya qoşulmağı gözdən keçirməlidir.
    Çünki şimaldan və cənubdan hər an təhlükə var.
    Yaşasın Türkiyə Pakistan Israil Ukrayna Əfqanıstan və bizə dəstək olan bütün ölkələr!

  • Əli
    Oktyabr 18, 2020 - 21:46

    Inşaallah Turan birliyi yaranacaq Türk dünyası qoşunları Azərbaycanı nankor qonşularımızdan qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*