Ukrayna Prezidenti Türkiyədə rəsmi səfərdədir.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Zelenski arasında keçirilən qapalı görüş saat 15:00-da başlayıb.
Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Ukrayna lideri Türkiyə ilə güclü strateji tərəfdaşlıq əlaqələrini qiymətləndirib:
“Biz yalnız qonşu deyilik. Birlikdə dünyaya hər bir millətin səsinin tam eşidilməli olduğunu deyirik. Bu və daha çox şey bizi birləşdirir”.
O qeyd edib ki, Türkiyənin tutarlı, tam səmimi dəstəyini və ərazi bütövlüyünün qorunması üçün göstərdiyi köməyi gələcək Ukrayna nəsilləri unutmayacaq.
