Bloger Mehman Hüseynov niyə saxlanılıb? – DİN-dən AÇIQLAMAbackend

Bloger Mehman Hüseynov niyə saxlanılıb? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:

“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

Mehman Hüseynovun həmin aparatla haradasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”./qafqazinfo/

Qeyd edək ki, daha sonra M. Hüseynov sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*