backend

BLOOMBERG: ABŞ rəhbərliyi "erməni soyqırımı"nı tanıyan və Türkiyəyə sanksiya tətbiq edən qətnamələrə qarşı çıxır

ABŞ prezidenti Donald Tramp administrasiyası Türkiyəyə tətbiq olunan sanksiyalara və ötən həftə Nümayəndələr Palatasında qəbul edilmiş erməni soyqırımının tanınmasına qarşıdır. Çünki hər iki təşəbbüs NATO-nun əsas müttəfiqi ilə münasibətlərdə daha da gərginliyə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, Bloomberg Dövlət Departamentinin yüksək vəzifəli bir məmuruna istinadən belə yazıb.

Ona görə də ola bilsin prezident Tramp qanun layihəsinə veto qoysun.

ABŞ rəsmisinin sözlərinə görə, “Soyqırımı” Qətnaməsinin qəbul edilməsi vaxtında deyildi.

Tramp rəhbərliyi belə bir təşəbbüs barədə fikir bildirməkdən imtina etib, baxmayaraq ki, əvvəlki administrasiyalar da “Soyqırım” qətnamələrinə ehtiyatla yanaşaraq bunun yalnız barışığa mane olacağını qeyd ediblər. İllərdir Türkiyə bu cür qətnamələrin münasibətlərin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Rəsmilər həmişə olduğu kimi bu gün də Birləşmiş Ştatların mövqeyini dəyişmədiyini və ölkə Osmanlı İmperiyasının son illərində sürgün edilmiş və öldürülən 1,5 milyon erməninin ölümü ilə əlaqədar matəm keçirdiklərini söyləyirlər: “Birləşmiş Ştatlar Soyqırımını xatırlayır, onu 20-ci əsrin ən pis kütləvi vəhşiliklərindən biri adlandırır və Ermənistan və Türkiyənin tarixlərinə qarşı çıxmaq səylərini alqışlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*