İndiki mərhələdə Bolqarıstan ərazisində müharibə təhlükəsi yoxdur, lakin Ukraynada müharibənin gətirdiyi ən böyük risk bu ölkənin atom elektrik stansiyalarının təhlükəsizliyi ilə bağlıdır.
KONKRET.az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov deyib.
“Biz ən böyük təhlükəni Ukraynanın atom elektrik stansiyasının yanması ilə gördük. Mənim üçün bu yanğın milli təhlükəsizliyimiz üçün ən böyük təhlükə idi.Məlum olduğu kimi, uça biləcək az sayda təyyarəmiz azdır. Onların sayı bizim üçün də yetərli deyil. Belə bir vaxtda onları başqasına verməkdən söhbət gedə bilməz”, – Petkov bildirib./axar.az/
