Boris Conson Buçada baş verənləri soyqırım adlandırdıbackend

Boris Conson Buçada baş verənləri soyqırım adlandırdı

“Buçada baş verənlərə baxanda qorxuram, Vladimir Putinin Ukraynadakı hərəkətləri mənə soyqırımı xatırladır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson jurnalistlərə açıqlamasında deyib. Açıqlamada baş naziri ilk dəfə olaraq Rusiya qüvvələrinin Ukraynadakı hərəkətlərini təsvir edərkən “soyqırım” ifadəsini işlədib və Putin hakimiyyətinə qarşı daha çox sanksiya tətbiq olunacağını bildirib.

Xatırladaq ki, Aprelin 1- də Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu küçələrdə 410 mülki şəxsin cəsədini tapıb. Rusiya mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı iddiaları rədd etsə də, “Maxar” peyk şirkəti tərəfindən yayımlanan fotoşəkillər bunun əksini sübüt edib. İqbal Rzayev, KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*