Boş torpağı olanlar üçün VACİB XƏBƏR: Bu zaman icazə veriləcək – VİDEObackend

Boş torpağı olanlar üçün VACİB XƏBƏR: Bu zaman icazə veriləcək - VİDEO

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ilə müəyyən edilmiş və 2023-cü il iyunun 1-nə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsi qaydaları açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Fərmana əsasən, sözügedən binaların sahibləri 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarına müraciət edə bilərlər.

Müraciət 1 iş günündə Dövlət Xidmətinə göndərilir və 15 iş günü ərzində yer quruluşu planı tərtib edilir. Tikinti və onun yerləşdiyi torpaq sahəsinin planı elektron qaydada FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin qeyri-yaşayış binasının sahibinə göndərilir.

Əmlak sahibi isə tikinti layihəsinin memarlıq planlaşdırma bölməsini, qeyri-yaşayış binasının yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadrat metrdən çox olduqda isə mühəndis-axtarış işlərinə dair hesabatları və layihənin konstruksiya bölməsini FHN-ə təqdim etməlidir.

FHN 15 iş günü müddətində qeyri-yaşayış binasının istismara yararlılığını müayinə edərək rəy verir. Rəy və yerquruluşu planı elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Komitənin tabeliyindəki Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərilir.

Sənədlər üç iş günü müddətində təhlil edilir. Komitə və ya müvafiq yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində qeyri-yaşayış binasının istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət Reyestrinə göndərir.

İcazə sənədi üç iş günü ərzində Dövlət Xidmətinə göndərilir, qeyri-yaşayış binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınır və çıxarış verilir.

Sözügedən qaydalarla isə aşağıdakı videoda tanış olmaq mümkündür:

  • Mehebbet Qeşem oğlu Bayramov
    Noyabr 16, 2023 - 20:39

    Salam, menim sualım beledir;2004 iı tarixde Şemkir rayonu Düyerli kend belediyesinden icareye götürdüyüm 4 ha örüş torpağında Şemkir İcra Hakimiyyetinin serencamı ile qoyun-mal saxlamaq üçün yataq ve çoban olacağı tikmişem,amma daşınmaz emlak ideresinden mülk barede sened ala bilmirem. Tikintini qeyr qanuni hesab ederek mene 500 AZN hecminde cerime yazılaraq ödeniş etdiribler! Xahiş edirem imkan daxilinde yaranmış bu probleme aydınlıq getiresiniz! Hörmetle Şemkir,Düyerli kendi. Bayramov Mehebbet Qeşem oğlu.telefon nömrem +994597137444

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*