Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ın İranın raket obyektlərinə zərbə endirmək üçün Britaniya hərbi bazalarından istifadə etməsi ilə bağlı müraciətini qəbul etdiklərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ bazalardan yalnız “xüsusi və məhdud müdafiə məqsədi” ilə İrandakı raket buraxılış məntəqələri və saxlama anbarlarına zərbə vurmaq üçün istifadə edəcək. Starmer bu qərarı İranın bölgəyə raket atması, mülki şəxslərin həlak olması və Britaniya vətəndaşlarının həyatının təhlükə altına düşməsi ilə əsaslandırıb.
Baş nazir həmçinin Körfəz bölgəsindəki müttəfiqlərin Londondan daha fəal müdafiə rolu istədiyini bildirib.
Qeyd edək ki, açıqlama ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ikinci günündə verilib./infoaz.media
