Vladimir Putin əmindir ki, müasir Rusiyanın rolu suverenliyi təmin etməkdən, eləcə də əraziləri qaytarmaq və gücləndirməkdən ibarədir: “Görünür, “qaytarmaq və möhkəmlənmək” bizim də payımıza düşüb. Biz bu təməl dəyərlərin mövcudluğumuzun əsasını təşkil etdiyini anlasaq, qarşımızda duran vəzifələrin həllinə sözsüz ki, nail olacağıq” – deyə Putin vurğulayıb.
KONKRET.az “TASS“a istinadən xəbər verir ki, Putin bu barədə sahibkarlarla görüşündə fikirlər səsləndirib. O həmçinin Böyük Pyotrun dövrü ilə bağlı bənzətmələr edib.
Kreml rəhbəri qeyd edib ki, Şimal müharibəsi illərində I Pyotr İsveçdən heç nə götürməyib, sadəcə geri qaytarıb:
“I Pyotr Şimal müharibəsini 21 il aparıb. Guya o İsveçlə döyüşüb və oradan nəyisə götürüb. Amma o heç nə götürməyib, geri qaytarıb. Bu, Peterburqun əsasının qoyulduğu bütün Ladoqa ərazisinə aiddir” – deyə Rusiya lideri vurğulayıb.
Kreml rəhbəri həmçinin Rusiya iqtisadiyyatının açıq qalacağına söz verib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
