Böyük Britaniya xaricdən enerji asılılığını azaltmaq və enerji qiymətlərinin bahalaşması ilə mübarizə aparmaq üçün 8 yeni nüvə reaktoru tikəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti açıqlama yayıb.
Açıqlamada, bu layihə üçün təxminən 120 milyon funt sterlinqin ayrılacağı bildirilib.
Hökümətin İngiltərənin cənubunda “Hinkley Point C” atom elektrik stansiyası qurmaqda qərarlı olduğu vurğulanıb. Stansiyanın ilk reaktorunun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Bildirilir ki, Fransanın enerji şirkəti “EDF” tərəfindən həyata keçirilən layihənin başa çatması ilə 6 milyon ev 60 il müddətində 3,2 gigavat enerji ilə təmin ediləcək.
Qeyd edək ki, Britaniya hökuməti 2030-cu ilə qədər ölkənin enerji ehtiyacının 95 faizini aşağı karbonlu mənbələrdən ödəməyi planlaşdırır.
İqbal Rzayev,
KONKRET.az
