Britaniya Ukraynanı gücləndirmək üçün yeni variantlar axtarırbackend

Britaniya Ukraynanı gücləndirmək üçün yeni variantlar axtarır

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla söhbətində bildirib ki, London Ukraynanın özünümüdafiəsini gücləndirmək variantlarını axtarmağa davam edəcək.

Bu barədə KONKRET.az Böyük Britaniya baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Baş nazir Böyük Britaniyanın Ukraynaya davamlı dəstəyini vurğulayıb. O, Böyük Britaniyanın Ukraynanın özünümüdafiəsini gücləndirmək üçün daha çox variant axtarmağa davam edəcəyini söyləyib. Baş nazir bildirib ki, Böyük Britaniya bu dağıdıcı münaqişəyə son qoymaq üçün Ukraynanı bütün səylərində dəstəkləməyə davam edəcək”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*