Britaniya Ukraynaya əlavə 500 milyon dollar kredit verəcəkbackend

Britaniya Ukraynaya əlavə 500 milyon dollar kredit verəcək

Böyük Britaniya Dünya Bankı vasitəsilə Ukraynaya əlavə 500 milyon ABŞ dolları kredit zəmanəti verəcək.

KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Conson, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya 120 zirehli maşın və gəmi əleyhinə sistemlər verəcək.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*