İngiltərənin “Çelsi” klubunun rusiyalı sahibi Roman Abramoviç Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
KONKRET.az xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.
Hökumətin açıqlamasında bildirilib ki, Abramoviçin aktivləri dondurulacaq, ona Britaniyanın fiziki və hüquqi şəxsləri ilə əməliyyat keçirməsi qadağan ediləcək.
Abramoviçin səfərlərinə və uzun yol qət etməsinə də sanksiya qoyulub.
London təmsilçisi xüsusi lisenziya ilə işləyə biləcək. Klubun satışı hələlik dayandırılıb. “Zadəganlar”a bilet satışına da icazə verilməyəcək. Komandanın oyunlarına yalnız abunəsi olan şəxslər gələ bilərlər.
Hökumətin verdiyi açıqlamada sanksiyaların tətbiq ediləcəyi digər oliqarxlar arasında “En Group”un səhmdarı Oleq Deripaska, “Rosneft”in baş icraçı direktoru İqor Seçin, VTB sədri Andrey Kostin, “Qazprom”un baş icraçı direktoru Aleksey Miller də var.
