Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüş işçi nahar formasında davam edəcək.
18:32
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın Brüsseldə üçtərəfli görüşü start götürüb.
KONKRET.az xəbər verir ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfəri zamanı üçtərəfli görüş başlamazdan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə danışıb.
Xuraman Etibarlı,
KONKRET.az
